Əsir düşən hərbçimizin atası BQXK-nın Bakı ofisinə çağırıldı

  • 14:03 - 23 Noyabr

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) hələlik bizə əsirlərlə görüş və onların səhhəti barədə məlumat verməyib. Lakin 3 saatdan sonra onlarla görüşümüz olacaq, oğlum haqqında o zaman məlumat ala biləcəyəm.

Avropa.info bildirir ki, bunu azvision.az -a Şuşa uğrunda döyüşlərdə yaralanaraq ermənilərə əsir düşən Bayram Kərimovun atası Yaşar Kərimov deyib:

“Hər iki oğlum döyüşə könüllü getmişdi. Bayram sonuncu dəfə noyabrın 6-da bizimlə əlaqə saxladı. Bildirdi ki, Füzulidən Şuşa istiqamətinə gedirlər. Ondan sonra əlaqəmiz olmayıb. Oğlumun şəhid olduğunu zənn edirdim, videonu heç görməmişdim. Bacım qızı dedi ki, Bayram əsir düşüb. Bundan sonra lazımi qurumlara məlumat verdik”.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşübülər.


Oxunma sayı: 1651

Oxşar yazılar