Paşinyanın məsləhətçisi də onu istefaya çağırdı

  • 13:57 - 23 Noyabr

İstər sabah olsun, istər yeni parlament seçkilərinin keçiriləcəyi 2023-cü il, ya da 2021 ilin apreli, məğlub qüvvələr ümid və inam verə bilməz.

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın "İnsan inkişafı mərkəzi"inin sədri, prezidentin ictimai məsələlər üzrə məsləhətçisi Tevan Poqosyan deyib.

"Necə başa düşmürsünüz ki, məğlub olmuş və məğlubiyyəti qəbul etmiş şəxs getməlidir. Ən qısa zamanda ayrılın. Erməni xalqının imkanlardan məhrum etməyin. Sadəcə gedin. Siz bizim gələcəyə olan ümid və imkanlarımızı məhv etdiniz. Ümid və imkanlar pəncərəsini bağlamayın" - Poqosyan deyib.


Oxunma sayı: 1497

Oxşar yazılar