"Ədliyyə strukturlarında koronavirusla bağlı preventiv işlər gücləndirilib" – Nazir

  • 13:31 - 23 Noyabr

Ədliyyə Nazirliyi tərəfindən koronavirusun qarşısının alınması ilə bağlı ədliyyə qurumlarında və məhkəmələrdə zəruri profilaktik və digər preventiv işlər aparılıb.

Avropa.info bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazirin sözlərinə görə, pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması məqsədilə nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılıb, saytda yeni - "Vətəndaşlar üçün əlaqə", "İnteraktiv əlaqə" və "KİV üçün əlaqə" bölmələri yaradılıb, innovasiyaların tətbiqi genişləndirilərək "Mobil notariat"ın funksionallığı yüksəldilmiş, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib.

O bildirib ki, vətəndaşların müasir İKT-lərin köməyi ilə nazirlikdə videoqəbulu Qaydası müəyyən edilmiş və müxtəlif bölgələrin, o cümlədən Vətən müharibəsi dövründə cəbhəyə yaxın rayonların 250-dək sakini videoformatda qəbul edilib, habelə nazirliyin icra xidməti tərəfindən borclu şəxslərə aliment və digər icra ödənişlərin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi təmin olunub.

Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılmış, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılmış, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib.


Oxunma sayı: 2157

Oxşar yazılar