Minskdə etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb

  • 23:12 - 22 Noyabr

Belarusun paytaxtı Minskdə polis etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb.

Bu barədə şəhər polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, kütləvi tədbirlər haqqında qanunun pozulması çərçivəsində 200-dən çox adam nəzarətə alınıb.

Paytaxt polisi saxlanılanlarla bağlı qanun çərçivəsində araşdırmalara başlayıb.

“İcazəsiz aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edilib, bundan sonra aksiyanın ən fəal üzvləri saxlanılıb”, - deyə Minsk Şəhər İcraiyyə Komitəsinin Dövlət Daxili İşlər İdarəsinin mətbuat xidməti bildirib.(apa)


 


Oxunma sayı: 4896

Oxşar yazılar