"Türkiyə Qarabağda haqq-ədaləti dəstəkləyir" - Ərdoğan G20 Liderlər Zirvəsində dünya liderlərinə müraciət etdi

  • 21:50 - 22 Noyabr

"Suriyada İŞİD terror təşkilatına qarşı quru əməliyyatları həyata keçirən yeganə NATO ölkəsiyik."  

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G 20 Liderlər Zirvəsində çıxışı zaman deyib.

"Bizim ölkəmiz terrorizmin, münaqişələrin qarşısının alınması və sabitliyin təminatı təhlükəsinin aradan qaldırması üçün səy göstərir. Bir sıra dövlətlərin terrorizmin təzahürlərinə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıqdan imtinasına baxmayaraq, Ankara öz qüvvələri ilə 9 minə qədər xarici terrorçunu ələ keçirdi və öz ölkələrinə deportasiya etdi", - Ərdoğan qeyd edib.

Türkiyə prezidenti bildirib ki, bu gün Türkiyə Suriyada, Liviyada, Aralıq dənizinin şərq hissəsində, İraqda, Fələstində və Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir. 

"Eyni şəkildə Suriyadan Liviyaya, Şərqi Aralıq dənizindən Dağlıq Qarabağa, İraqdan Fələstinə qədər fərqli cəbhələrdə həyata keçirdiyimiz haqq-ədalət və azadlıq mübarizəsinin önəmi ortaya çıxmışdır. Buna görə ölkəmizin tənqid edilməsi, hətta təxribatlara məruz qalması yaxşı niyyət deyil. Biz yalnız öz vətəndaşlarımızın və əhalimizin təhlükəsizliyinin təmin olunmasına can atmırıq, həm də regional səviyyədə sabitliyi və sülhü müdafiə edirik", - Ərdoğan deyib.

Türkiyə lideri vurğulayıb ki, dünyanın nizam sistemini, ümumbəşər dəyərləri, həmçinin ədalət və təhlükəsizlik prinsiplərini nəzərə almayan uğur qazanmaq şansına malik deyil.


Oxunma sayı: 11419

Oxşar yazılar