"Paşinyan məğlubiyyət və xəyanətin simvolu, alçaldılmış Ermənistanın rəmzidir" - Lilit Qalstyan

  • 20:29 - 22 Noyabr

"Nikol Paşinyan təkcə məğlubiyyət və xəyanətin simvolu deyil, o, həm də alçaldılmış Ermənistan dövlətçiliyin rəmzidir". 

Avropa.info xəbər verir ki, bunu “Daşnaksütyun” erməni inqilabi federasiyası ali şurasının üzvü Lilit Qalstyan “Facebook” səhifəsində yazıb. Qalstyan, Paşinyan haqqında təhqiramiz ifadələr də işlədib.

“Nikola baxıram: çökmüş, əyri, tutqun və bədbəxt üz, boğuq və qorxu yağan səs. O, bu görkəmdə Rusiya nümayəndə heyətinə nəsə söyləməyə çalışır. Bədbəxtlik və məğlubiyyət sadəcə onun sifətindən damcılayır... Məğlubiyyətin möhür basdığı, alçaldılmanın iz saldığı üz, minlərlə insanın qanı və lənəti onun vicdana hopub. Ona görə də biz deyirik: Get, Nikol, get" - Qalstyan belə yazıb.  


Oxunma sayı: 5215

Oxşar yazılar