Yunan idmançı qardaşı ilə birgə Qarabağda Azərbaycana qarşı döyüşməyə gəldi və məhv edildi - Yunanıstan mediası (FOTO)

  • 16:15 - 22 Noyabr

Yunanıstan mediası adı açıqlanmayan bir yunan idmançının Qarabağ savaşında qardaşı ilə birlikdə ermənilər tərəfində Azərbaycana qarşı vuruşduğunu və öldürüldüyünü yazıb. 

Avropa.info xəbər verir ki, bu haqda yunan jurnalist Krikor Tsakitzian məlumat yayıb. 

Məlumata görə, Yunanıstanın Alexandroúpolis (Dədəağac) şəhərindən olan qardaşlar əvvəllər yunan xüsusi təyinatlılarında xidmət ediblər. 2-ci Qarabağ savaşında Ermənistan tərəfindən muzdlu olaraq Azərbaycana qarşı vuruşmağa gələn qardaşlardan idmançı olanı döyüşlərin birində öldürülüb.

Yunanıstan mətbuatı Qarabağda məhv edilən yunan idmançının cənazəsinin anadan olduqları Alexandroúpolis şəhərinə gətirildiyini bildirib. 


Oxunma sayı: 7822

Oxşar yazılar