İmişlidə 11 min hektar sahədə payızlıq taxıl əkilib

  • 11:00 - 22 Noyabr

İmişlidə 11 min hektar sahədə payızlıq taxıl əkilib

RİH-dən Avropa.info-ya verilən məlumta görə, İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.

Cari ildə 17 min 150 hektar taxıl sahəsindən ümumilikdə 67 min 109 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 21 min 960 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 11 min 560 hektar sahədə səpin aparıblar ki, bunun da 6 min 340 hektarını arpa, 5 min 220 hektarı isə buğda sahəsidir. Əkinçilər hər gün 300–350 hektar sahəyə toxum səpirlər. Taxılçılar, həmçinin 135 hektar sahədə yaşıl yem üçün xəsil əkiblər. Rayonun Cəfərli, Əliqulular, Oruclu, Qızılkənd kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edir, kampaniyanı optimal müddətdə başa çatdırmaq üçün var-qüvvə ilə çalışırlar.

Saleh Qafarlı


Oxunma sayı: 8053

Oxşar yazılar