Ərdoğan: Rusiya ilə ortaq səylərimiz nəticəsində 30 il davam edən Qarabağ münaqişəsinə son qoyduq

  • 22:15 - 21 Noyabr

Türkiyə olaraq yaşadığımız coğrafiyada sülhə töhfə verməyə çalışırıq. Qarabağ burada mühüm nümunədir. Azərbaycan torpağı olan bu bölgə təxminən otuz il əvvəl Ermənistan tərəfindən işğalı edilmişdi. Problemin həlli üçün yaradılan Minsk qrupunun həmsədrləri isə işğala son vermək üçün, təəssüf ki, heç bir addım atmadılar. Rusiya Federasiyası ilə ortaq səylərimiz nəticəsində əldə edilən razılaşma sayəsində həm bu münaqişəyə son qoyduq, həm də 30 ildir davam edən problemin həllinə öz töhfəmizi verdik.

Avropa.info xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin zirvə görüşü və “XII Halifax” Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı səsləndirib.

Dünyada cərəyan edən proseslərə toxunan Türkiyə Prezidenti deyib: “Bu gün heç bir ölkənin təhlükəsizlik məsələlərinə coğrafi uzaq-yaxınlıq obyektivindən baxmaq kimi rahatlığı ola bilməz. Türkiyə olaraq atdığımız addımlar sayəsində 411 mindən çox suriyalı qardaşımızın könüllü və təhlükəsiz bir şəkildə vətənlərinə geri dönməsinə nail olmuşuq. Avropa ilə əməkdaşlığımızı inkişaf etdirərkən Asiya və Afrikanı da yaddan çıxarmırıq. Rusiya ilə son zamanlar inkişaf edən əməkdaşlığımızı ABŞ-la köklü əlaqələrimizin alternativi olaraq görmürük”.


Oxunma sayı: 1915

Oxşar yazılar