Cüdo üzrə Azərbaycan millisi Avropada 4-cü olub

  • 22:33 - 21 Noyabr

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub.

5 medal – 1 qızıl, 1 gümüş və 3 bürünc əldə edən cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb. Komandamızın heyətində Orxan Səfərov (66 kq) çempionluq sevinci yaşayıbsa, İrina Kindzerska (+78 kq) yalnız finalda uduzub. Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncülüklə kifayətlənib.

Ümumilikdə isə 21 ölkə Praqada medala yiyələnib. Onların yalnız səkkizi çempionluq yaşayıb.

 yerölkəqızılgümüşbürüncCəmi
1.Fransa5038
2.Rusiya3317
3.Gürcüstan1146
4.Azərbaycan1135
5.İsrail1102
6.Moldova1012
7-8.İtaliya1001
 Macarıstan1001
9.Serbiya0202
10.Almaniya0134
11.Portuqaliya0123
12.Niderland0112
13-15.Bolqarıstan0101
 Avstriya0101
 Rumıniya0101
16.Belçika0033
17-18.İspaniya0022
 Kosovo0022
19-21.Ukrayna0011
 Xorvatiya0011
 İsveç0011

 


Oxunma sayı: 5919

Oxşar yazılar