Türkiyədə son 24 saatda koronavirusdan 135 nəfər ölüb

  • 22:50 - 21 Noyabr

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 135 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca  koronavirusla bağlı ölkədəki son statistikanı açıqlayarkən bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 152 214 şübhəli koronavirus testindən keçib, onlardan 5532-nin cavabı pozitiv çıxıb, 3233 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 370 825 nəfərdir. Ağır xəstə sayı isə 4121 nəfər olub.   

Türkiyədə indiyədək 440 805 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12  219 nəfəri ölüb. 

Nazir ölüm və ağır xəstə sayının artmasından narahatlığını ifadə edib. 

Qeyd edək ki, bu gündən Türkiyədə həftə sonları bütün əhaliyə, yaşı 65-dən yuxarı və  20-dən aşağı olanlara isə həftə boyu küçəyə çıxmağa məhdudiyyət qoyulub.

 


Oxunma sayı: 1530

Oxşar yazılar