Anar Kərimovdan ermənilər tərəfindən tövləyə çevrilən məscidlə bağlı paylaşım - FOTO

  • 19:58 - 21 Noyabr

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Füzulidə yerləşən məscidlə bağlı paylaşım edib. 

O, bu barədə “Twitter” hesabında yazıb.

“Füzuli rayonunun Qacar ​​kəndindəki XIX əsrə aid məscid heyvanlar üçün tövləyə çevrilib. Görəsən, beynəlxalq media və mədəniyyətlə məşğul olan insanlar vandalizm ilə bağlı narahatlıq doğuran faktlara reaksiya verirlərmi, yoxsa bu irs bəşəriyyət üçün daha az əhəmiyyətlidir və dəyərlidir?”, - deyə o qeyd edib.


 


Oxunma sayı: 1585

Oxşar yazılar