İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 39 nəfər saxlanılıb

  • 21:22 - 21 Noyabr

FETÖ terror təşkilatının Türkiyə universitetlərindəki üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Avropa.info xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat nəticəsində terror təşkilatı ilə əməkdaşlıq şübhəli bilinən 39 nəfər saxlanılıb. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdikləri müəyyən edilib. Saxlanılanların ünvanlarında aparılan axtarış zamanı terror təşkilatına məxsus çox sayda rəqəmsal material ələ keçirilib.

Ölkədə terror təşkilatlarının üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.


Oxunma sayı: 5028

Oxşar yazılar