Fransadan dünyanı şoka salan faşist qərar : Məhəmməd Peyğəmbərə (s.a.s) istinad olunan təhqiramiz karikaturalara etiraz edənlər ölkədən qovulacaq

  • 15:31 - 21 Noyabr

Fransa Daxili İşlər naziri Gerald Darmanin verdiyi faşist qərarla bütün dünyanı şoka salıb. 

Avropa.info xəbər verir ki, Gerald Darmanin Allah Rəsulu Həzrəti Məhəmmədə istinad edilən təhqiredici karikaturlaraı tənqid edən şəxslərin ölkədən çıxarılacağını bildirib.  

Darmanin, Həzrəti Məhəmmədə (s.a.s) həqarət edilən karikaturalara etiraz edən başqa ölkələrdən olan ailələrin də Fransadan çıxarılacağını deyib.  

Adı çəkilən karikaturaların məktəblərdə nümayiş etdirilməsinə etiraz edilməsi halında ölkədən deport edilmə prosesinin başlanılacağını bildirən Dramanin, təhqiredici karikaturaları "ifadə azadlığı" adlandırıb. Fransalı nazir, hansısa bir QHT-nin bu karikaturaları dayandırma tələbinin "cinayət " olaraq dəyərləndiriləcəyini qeyd edib. 

Maraqlıdır ki, fransalı nazir təhqiredici karikaturaları "ifadə azadlığı" kimi dəyərləndirərkən, bu karikaturalara etirazı nəinki ifadə azadlığı kimi qiymətləndirmir, hətta buna etirazı edənləri ölkədən qovacaqları ilə hədələyir. 


Oxunma sayı: 30064

Oxşar yazılar