Nardaranda qəbristanlıqda silah-sursat tapılıb

  • 17:20 - 21 Noyabr

Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Avropa.info-ya bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

 Qeyd olunub ki, tapılan silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.


Oxunma sayı: 1266

Oxşar yazılar