Dağlıq Qarabağa 7 min erməni qayıdıb - Rusiya müdafiə naziri

  • 13:42 - 21 Noyabr

Rusiya sülhməramlıları tərəfindən müşayiət olunan kolonnalarla hərəkətindən sonra Dağlıq Qarabağa təxminən 7 min erməni qayıdıb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya və Ermənistan müdafiə nazirlikləri başçılarının ikitərəfli görüşü zamanı bildirib.

Nazirin sözlərinə görə, Rusiya sülhməramlıları bütün kolonnaların daşınmasını təmin edib.

"Bu gün təxminən 7 min erməni geri qayıtdı, bu işlər davam edir və əminəm ki, Dağlıq Qarabağa qayıtmaq istəyən hər kəs bunu edə biləcək", - Şoyqu qeyd edib.


Oxunma sayı: 1409

Oxşar yazılar