TƏCİLİ: Türkiyə hərbçiləri Azərbaycana gəlir – Hulusi Akar açıqladı

  • 11:19 - 21 Noyabr

Türkiyəni hərbi qüvvələri tezliklə Azərbaycana gələcək.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusu Akar bəyan edib.

Nazir bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: “Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad edilmiş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılır.

Türkiyə hərbçiləri ölkə Konstitusiyasına müvafiq olaraq, 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.


Oxunma sayı: 9549

Oxşar yazılar