Tbilisidə mikromaliyyə təşkilatına basqın: bir neçə nəfər girov götürülüb - VİDEO

  • 18:35 - 20 Noyabr

Tbilisidə silahlı şəxs mikromaliyyə təşkilatının binasına girərək bir neçə nəfəri girov götürüb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Onların qumbara ilə silahlandığı bildirilir. Məlumata görə, ərazi polis tərəfindən mühasirəyə alınıb.

Danışıqlardan sonra iki girov buraxılıb. Ancaq binada hələ də insanların qaldığı bildirilir. Bəzi məlumatlarda girovların 10 nəfər olduğu vurğulanıb.


Oxunma sayı: 5919

Oxşar yazılar