İmişlidə 5 min tondan çox nar tədarük olunub

  • 22:58 - 19 Noyabr

İmişli rayonunda bağlardan 5 min tondan çox nar tədarük olunub.

RİH-dən Avropa.info-ya verilən məlumata görə, İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən ilə rayonda mövcud olan 784 hektar meyvə bağından 10 min 73.2 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub. Cari ilin ötən ayları ərzində imişlili bağbanlar meyvə bağlarından 9 min 950.8 ton meyvə tədarük ediblər. Tədarük olunan meyvənin 695.1 tonunu alma, 583.7 tonunu armud, 179.2 tonunu ərik, 421.6 tonunu albalı, 337.9 tonunu şaftalı, 558.3 tonunu gavalı, 612.5 tonunu alça, 82.3 tonunu gilas, 495.2 tonunu heyva, 5 min 39.6 tonunu nar, 477.1 tonunu xurma və 447.4 tonunu sair meyvələr təşkil edib. Bağbanlar, həmçinin 61 ton giləmeyvə də tədarük ediblər.

Rayonun Şahverdili, Göbəktala, Qaralar və Cavadxanlı kəndlərində fəaliyyət göstərən fermerlər meyvə yığımında fərqlənirlər. Rayonda meyvə yığımı sürətlə davam edir.


Oxunma sayı: 2355

Oxşar yazılar