“Azəristiliktəchizat” yeni qış mövsümünə 18 milyon manat borcla daxil olur

  • 20:20 - 18 Noyabr

Bu günə olan məlumata görə, “Azəristiliktəchizat” ASC-nin təbii qazdan istifadəyə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu var.

Bunu report-a  açıqlamasında qurumun sədrinin müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyevin sözlərinə görə, borc məsələsini hökumət həll edəcək: “Azəriqaz”a olan borc qış mövsümündə istilik təchizatında problem yaratmayacaq. Qoşulmaların gecikməsi “Azəristiliktəchizat” ASC-nin borcu ilə deyil, texniki məsələlərlə bağlıdır. Borcun ödəniməsi məsələsi ilə hökumət məşğul olacaq”.

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır.


Oxunma sayı: 5490

Oxşar yazılar