“Dağlıq Qarabağın statusunun həll müddəti yoxdur” – Rusiya XİN

  • 13:30 - 18 Noyabr

Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi münaqişə tərəfləri üçün həssasdır, onun həll müddəti yoxdur. 

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında deyib.

"Heç bir müddət yoxdur. Bu sual olduqca həssasdır", - deyə diplomat bildirib.

Rusiya xarici işlər nazirinin müavini ümid edir ki, bu məsələ heç bir yeni münaqişəyə, xüsusilə də qan tökülməsinə səbəb olmayacaq. Rudenko bu kontekstdə Minsk qrupunun əhəmiyyətli rol oynadığını vurğulayıb.

"O, üçtərəfli sazişdə öz əksini tapmayan məsələləri həll edəcək", - Rudenko Dağlıq Qarabağın xüsusi statusu ilə bağlı məsələsinin müzakirəsinə dair sualı şərh edərkən belə deyib.


Oxunma sayı: 4874

Oxşar yazılar