Ölkədə 106 min yeni iş yeri açılıb

  • 19:45 - 17 Noyabr

2020-ci ilin doqquz ayı ərzində ölkədə 106,2 min yeni iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 49,1 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 68,3 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi digər regionların və rayonların payına düşüb.

Yeni açılmış iş yerlərinin 6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 72,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2020-ci ilin doqquz ayı ərzində ölkədə 17,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 26,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 16,6 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 83,4 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.


Oxunma sayı: 1651

Oxşar yazılar