Yemelyanenko Nurməhəmmədovun karyerasını bitirməsinə münasibət bildirdi

  • 20:02 - 17 Noyabr

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı boksçu Fyodor Yemelyanenko Həbib Nurməhəmmədovun idmançı karyerasını yekunlaşdırmasına münasibət bildirib.

“Bu, Həbibin qərarıdır. İdmançı nə vaxt bitirməli olduğunu hiss edir: sağlamlıq səbəbi ilə, qohumlarına və dostlarına verdiyi sözlə və ya başqa məqamlarla əlaqədar...”,  - “R-Sport” F.Yemelyanenkonun fikirlərindən sitat gətirib.

Xatırladaq ki, Castin Qetji üzərində qələbədən sonra rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerasını başa çatdırdığını açıqlayıb.


Oxunma sayı: 5490

Oxşar yazılar