Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi
- 16:21 - 16 Noyabr
“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.
Cəbrayıl rayonundan sonra Şuşa şəhəri də elektrik enerjisi ilə təchiz edilib.
“Azərişıq”dan Avropa.info-ya bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Yaxın günlərdə digər ərazilərimzdə də Azərbaycan işığı yanacaq.