Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar - VİDEO

  • 10:07 - 16 Noyabr

Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar.

Avropa.info oxu.az-a istinadən bildirir ki, ermənilər at və uzunqulağı apara bilmədikləri üçün başlarını kəsib atırlar.

Qeyd edək ki, buna qədər Kəlbəcəri tərk edən ermənilərin evləri yandırması, ağacları qırması və elektrik dirəklərini çıxarması ilə bağlı görüntülər yayımlanmışdı.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın birgə imzaladığı bəyanata əsasən, Kəlbəcərin Azərbaycana təhvil verilməsi noyabrın 15-də gerçəkləşməli idi. Ancaq Ermənistan tərəfi bu prosesin noyabrın 25-dək uzadılması ilə bağlı Rusiya vasitəsilə Azərbaycana müraciət edib. Azərbaycan tərəfi müraciəti qəbul edib.


Oxunma sayı: 2993

Oxşar yazılar