Paşinyan erməni ordusunu Qarabağdan İrəvana çağırdı - "Gəlin burada divar dibində ulayanlarla məsələni həll edək"

  • 01:04 - 16 Noyabr

Ermənistanın baş naziri Nikol Paşinyan erməni ordu hissələrini Qarabağdan İrəvana çağırıb.

Avropa.info xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkədəki hesabında yazıb.

“Bu gün ön cəbhədə əsgərlərin əks olunduğu onlarla videoya baxdım. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Divar dibində ulayanlarla məsələni həll edək”- Paşinyan belə yazıb.

Ermənistan müxalifəti isə bəyan edir ki, Paşinyan özünə yaxın hərbi birləşmələri onların aksiyalarının qarşısını almaq üçün İrəvana çağırır. Erməni müxalifəti Paşinyanın bu çağırışının Ermənistanda ehtimal olunan vətəndaş müharibəsi üçün ilkin siqnal olduğunu bildiriblər. 


Oxunma sayı: 8933

Oxşar yazılar