Məhəmməd Salah koronavirusa yoluxdu

  • 21:45 - 13 Noyabr

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahda koronavirus aşkarlanıb.

Misir yığmasının düşərgəsində olan 28 yaşlı hücumçunun testi müsbət nəticələnib.

Təcrübəli oyunçuda xəstəliyin simptomları aşkarlanmayıb. Millinin digər üzvlərinin test nəticəsi mənfidir.

Qeyd edək ki, Misir seçməsi noyabrın 14-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Toqo yığması ilə üz-üzə gələləcək.(report)


Oxunma sayı: 5270

Oxşar yazılar