ABŞ-da türk restoranına hücum edən ermənilərdən biri həbs olundu – VİDEO

  • 10:07 - 13 Noyabr

ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtindəki türklərə məxsus “İstanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib. 

Avropa.info xəbər verir ki, bu barədə Beverli Hils Polis Departamenti məlumat yayıb. 

Bildirilir ki, cinayətin törədilməsində əsas şübhəli bilinən şəxslərdən biri artıq həbs olunub. 

Hadisə ilə əlaqədar istintaqı Federal Təhqiqat Bürosu (FTB) və Los-Anceles Polis Departamenti birgə aparır. 

Qeyd edək ki, Beverli Hilsdəki türklərə məxsus restorana daxil olan bir qrup erməni orada əşyaları sındırmış, sahibkara ciddi ziyan vurmuşdu. Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr də işlətmişdilər.


Oxunma sayı: 10814

Oxşar yazılar