Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhliz - VİDEO

  • 18:22 - 12 Noyabr

Türkiyənin “TRT Haber” televiziya kanalı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin edəcək yol barədə süjet hazırlayıb.

Xatırladaq ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 9-cu bəndində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təmin edilməsi haqqında razılıq əldə olunub.

Reportaj əsnasında jurnalist qeyd edib ki, avtomobil yolundan savayı ərazidə dəmir yolu xətti də mövcuddur və razılaşmaya əsasən, bu dəmiryolu xəttinin xidmətlərindən də istifadə olunacaq.

Qeyd edək ki, Sovet İttifaqı dövründə  Azərbaycanla Naxçıvan arasında nəqliyyatın hərəkəti məhz bu yollar vasitəsi təmin edilib.

 


https://twitter.com/i/status/1326845599233224705

Oxunma sayı: 3158

Oxşar yazılar