Şuşa Polis Şöbəsi Şuşaya köçürüldü, hərbi komendantlıq fəaliyyətə başladı – FOTO

  • 13:10 - 12 Noyabr

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, həmin ərazilərdə polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsinə başlanılıb.

O cümlədən noyabrın 8-də erməni işğalından azad edilən Şuşa şəhərində də xüsusi idarəetməni Polis Şöbəsi həyata keçirəcək və polis rəisi hərbi komendant vəzifəsini icra edəcək.

Azərbaycan polisi 28 il sonra Şuşa Qalasında

Oxunma sayı: 6524

Oxşar yazılar