OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu yaxşılaşdırıb

  • 20:55 - 11 Noyabr

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2020-2021-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.

B il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnozdan 10 min barel çoxdur.

OPEC-in proqnozuna görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olacaq. Bu, əvvəlki proqnozdan 10 min barel çoxdur.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır.


Oxunma sayı: 13773

Oxşar yazılar