Almaniyada gömrük idarəsinin binasından 6 milyon avrodan çox pul oğurlanıb

  • 22:02 - 11 Noyabr

Almaniyanın Emmerix şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) naməlum üç şəxs gömrük idarəsinin binasından təxminən 6,5 milyon avro pul oğurlayıb. 

Bu barədə N-tv telekanalı məlumat verib. 

Bildirilib ki, basqın noyabrın 1-də baş tutub. 

Faktla bağlı araşdırma aparılır. Polis hücumun yaxşı planlaşdırıldığını və peşəkarlıqla həyata keçirildiyini qeyd edib. Belə ki, cinayətkarlar qazma qurğusundan istifadə edərək binanın zirzəmisinə daxil olub və seyfə çıxış əldə ediblər.(report)


Oxunma sayı: 2168

Oxşar yazılar