Türkiyədə İŞİD üzvlərinə qarşı genişmiqyaslı əməliyyat

  • 20:52 - 09 Noyabr

Başda İstanbul olmaqla, Türkiyənin 11 vilayətində İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının Suriyadaki üzvləri ilə əlaqəli olduğu şübhəsi ilə 17 nəfər saxlanılıb.

Daha bir əməliyyat Türkiyənin Bursa vilayətinin Təhlükəsizlik İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Bu əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 11 nəfərdən doqquzu saxlanılıb.

Əməliyyatlar davam etdirilir.


Oxunma sayı: 6205

Oxşar yazılar