Avropa çempionunun qatarda döydüyü boksçu komaya düşdü

  • 20:55 - 02 Noyabr

Rusiyalı boksçu Nikita İvanov xoşagəlməz hadisə ilə gündəmə gəlib. 

34 yaşlı idmançı qatarda həmkarı Bassir Mirsiyabovla dava edib. 

Hadisə Avropa çempionu Ulyanovskdakı yarışdan qayıdarkən baş verib. Spirtli içki qəbul edən İvanov əvvəlcə Mirsiyabovla mübahisə edib. Daha sonra isə ona bir neçə zərbə endirib. 

Nəticədə ağır xəsarətlər alan Mirsiyabov xəstəxanaya yerləşdirilib. Hazırda komada olan boksçu süni tənəffüs aparatına qoşulub və vəziyyəti ağırdır. İvanov isə saxlanılıb. 

Qeyd edək k, 2011-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilmiş Avropa çempionatında gümüş medal qazanmış Nikita İvanov 2 il sonra Belarusun paytaxtı Minskdəki yarışda qızıl medal qazanıb.(report)


Oxunma sayı: 6601

Oxşar yazılar