MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil edib

  • 00:05 - 01 Noyabr

İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib. Onun sözlərinə görə, səsverməyə 1 970 540 seçici qatılıb.

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.


Oxunma sayı: 3444

Oxşar yazılar