Mixeil Saakaşvili: “Gürcüstanda hakimiyyət dəyişir”

  • 22:27 - 31 Oktyabr

““Gürcü Arzusu” bu gün parlament seçkilərində uduzub”. 

Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”. 

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.(report)


Oxunma sayı: 3400

Oxşar yazılar