Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var

  • 20:47 - 31 Oktyabr

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. 

Qəza zamanı sürücü, 2000-ci il təvəllüdlü Qasımov Eldəniz Məhərrəm oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, avtomobildə olan bir nəfər sərnişin isə hadisə yerində həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3103

Oxşar yazılar