Süleyman Soylu koronavirusa yoluxub

  • 17:46 - 31 Oktyabr

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Avropa.info xəbər verir ki, bu barədə nazir “Twitter”də bildirib.

O, özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.

Nazir özünün və ailə üzvlərinin səhhətlərinin normal olduğunu və həkimlərin tövsiyəsi ilə müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb.


Oxunma sayı: 1541

Oxşar yazılar