“Fənərbaxça” azad olunmuş Dağlıq Qarabağda futbol oyunu keçirmək istəyir

  • 17:30 - 31 Oktyabr

Türkiyənin “Fənərbaxça” futbol klubu azad olunmuş Dağlıq Qarabağda futbol oyunu keçirmək istəyir.

“CBC Sport”un məlumatına görə, bu barədə İstanbul klubunun idman direktoru Emre Belezoğlu  bəyan edib.

2019/20 mövsümünün sonunda oyunçu kimi təqaüdə çıxan məşhur türk futbolçusu Türkiyənin Azərbaycanın bütün sevinclərini və dərdlərini bölüşdüyünü qeyd edib.

“Ümid edirəm ki, Dağlıq Qarabağ tezliklə erməni işğalından azad ediləcək və bundan sonra orada bir futbol matçı keçirmək bizim üçün çox xoş olardı”, -deyə Belezoğlu bildirib.

Bundan əlavə, funksioner klubunun skautlarının istedadlı azərbaycanlı futbolçuları daim izlədiyini qeyd edib.

“Bu yaxınlarda “Fənərbaxça”nın idman direktoru vəzifəsinə təyin olundum. Klubun rifahı naminə əlimdən gələni etməyə çalışacağam. Azərbaycan xalqının dualarına ehtiyacım var, qan qohumluğu münasibətlərimizə görə hər zaman yanınızda olacağıq”, - deyə Belezoğlu əlavə edib.


Oxunma sayı: 12024

Oxşar yazılar