FIDE reytinqi: Şəhriyar Məmmədyarov 1 pillə gerilədi

  • 15:27 - 31 Oktyabr

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək 8-ci sıraya düşüb. Onun aktivində 2 770 xal var.

2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.


Oxunma sayı: 6249

Oxşar yazılar