Bakıda avtomobil piyadanı vuraraq öldürüb

  • 16:02 - 31 Oktyabr

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi  “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 3488

Oxşar yazılar