Zaxarova Paşinyanın məktubuna münasibət bildirdi

  • 14:10 - 31 Oktyabr

"Rusiya Xarici İşlər Nazirliyinin daha əvvəl qeyd etdiyi kimi müqaviləyə uyğun olaraq müharibə birbaşa Ermənistan ərazisinə köçürüləcəyi təqdirdə Rusiya İrəvana bütün lazımi yardımı göstərəcək".

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 

Onun sözlərinə görə, Ermənistanın təhlükəsizlik məsləhətləri üçün Rusiyaya müraciəti ilə bağlı bütün təfərrüatlar, o cümlədən konkret formatlar əlavə müzakirə ediləcək.

"Bu vəziyyətdə söhbət Rusiya tərəfinin Ermənistanın müraciəti ilə bağlı səsləndirilən prinsipial mövqeyindən gedir. Konkret formatlarla bağlı hər şey əlavə müzakirə ediləcək" - Zaxarova "Rusiya 24" telekanalının efirində bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına müraciət edərək, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində kömək məsələsinə dair məsləhətləşmələrə başlamağı xahiş etmişdi.


Oxunma sayı: 2509

Oxşar yazılar