Rusiya Ermənistandan idxal olunan pomidora qadağa qoya bilər

  • 12:12 - 31 Oktyabr

Rusiya Ermənistandan idxal olunan pomidora məhdudiyyət qoya bilər. 

Buna səbəb ölkəyə gətirilən tərəvəz növündə “pepino mozaika” virusunun aşkarlanmasıdır. 

Baytarlığa Nəzarət üzrə Federal Xidməti bildirib ki, Rusiyaya tədarük olunan tərəvəzlərdə sözügedən virus yenidən aşkarlanarsa, məhdudiyyət tətbiq olunacaq. Vurğulanıb ki, həmin virus təhlükəlidir, Rusiyada tərəvəz yetişdirilməsinə böyük ziyan vura bilər.

Bundan əvvəl Federal Xidmət eyni səbəblərdən Niderland, Belçika və Fransadan pomidor idxalını qadağan etmişdi.


Oxunma sayı: 4225

Oxşar yazılar