"Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir" – Amerikalı ekspert

  • 12:05 - 31 Oktyabr

Ermənistanın günahsız Azərbaycan xalqına qarşı törətdiyi şovinist terror aktları, Ermənistan qoşunları tərəfindən beynəlxalq humanitar hüququn pozulması və azyaşlıların orduya cəlb olunması açıq şəkildə pislənməlidir.

Avropa.info bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Yerevanın faşist rəhbərliyindən qaynaqlanan təhdidi dərhal mühakimə etməlidir:

"Erməni terroru dayanmalıdır. Nikol Paşinyanın zalımlığı o həddə çatıb ki, erməni əsgərlərin meyitlərinin təhvil verilməsi ilə bağlı üçüncü tərəflərin vasitəçiliyini qəbul etməyib".

Ekspert əlavə edib ki, Ermənistan rejimi Azərbaycanla ikitərəfli və ya çoxtərəfli formatda dialoqa hazır deyil:

"Azərbaycan hökuməti öz suveren ərazisini müdafiə etmək və regional təhlükəsizliyi təmin etmək hüququna malikdir. Ermənistanın faşist rəhbərliyinin məsuliyyətə cəlb edilməsi ilə ciddi addımların olmaması Avropa İttifaqı institutları üçün strateji səhvdir. Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir".


Oxunma sayı: 892

Oxşar yazılar