Ceyhun Bayramov: "Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!"

  • 11:53 - 31 Oktyabr

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyədən olan həmkarı Mövlud Çavuşoğluna zəng edib.

Avropa.info xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov “Facebook” səhifəsində bildirib:

“Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”


Oxunma sayı: 2311

Oxşar yazılar