Paşinyanın son ümidi - Yardım üçün Moskvaya yalvardı

  • 10:51 - 31 Oktyabr

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına müraciət göndərərək Ermənistanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yardım məsələsinə dair məsləhətləşmələrə başlamağı xahiş edib.

Avropa.info xəbər verir ki, Paşinyan Qarabağda "vəziyyəti ətraflı təqdim edib" və "yaranan çağırışlar" barədə məktub göndərib.

Ermənistan Qarabağda döyüşlərin dayandırılması səylərində Rusiyanın rolunu vurğulayıb

Məktubda xüsusilə, "xarici muzdluların Yaxın Şərqdən gətirilməsinin və onların "DQR"ə qarşı hərbi əməliyyatlarda iştirakının şərtləri" barədə xahişlər qeyd olunur. 

"Ermənistan baş naziri Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətlərinə və 1997-ci ilin 29 avqustunda imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 2-ci maddəsinə əsaslanaraq, Rusiya Federasiyasının Ermənistan Respublikasına onun təhlükəsizliyini təmin etmək üçün verə biləcəyi yardımın növünün və məbləğinin müəyyənləşdirilməsi məqsədilə dərhal məsləhətləşləşmələrə başlamaq üçün Rusiya hakimiyyətinə müraciət edib" - xəbərdə deyilir. 


Oxunma sayı: 3840

Oxşar yazılar