Milli Məclis deputatları Gürcüstanda Parlament seçkilərini müşahidə edir

  • 10:12 - 31 Oktyabr

Gürcüstanda keçirilən parlament seçkilərini 48 beynəlxalq və 120 yerli təşkilat müşahidə edir. 

Avropa.info xəbər verir ki, parlament seçkilərini ATƏT/DTİHB, NATO Parlament Assambleyası (PA), AŞPA, GUAM və.s təşkilatların nümayəndələri müşahidə edirlər. 

Gürcüstan MSK-nın məlumatına əsasən parlament seçkilərini Azərbaycandan MSK-nın nümayəndələri, həmçinin Milli Məclisin deputatlarından ibarət deleqasiya müşahidə edir. 

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbi ilə tətbiq edilən məhdudiyyətlərə görə bir sıra ölkələrdən olan nümayəndələrin Gürcüstana gəlməsinin baş tutmadığı bildirilir.


Oxunma sayı: 3400

Oxşar yazılar