Bakıda avtomobil, Tovuzda və Ağcabədidə ev yandı

  • 09:53 - 31 Oktyabr

Bakının Yasamal rayonunda "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın hadisəsi Tovuz rayonunun Alakol kəndində baş verib. Ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Ağcabədi rayonunun Boyat kəndində isə ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 2597

Oxşar yazılar