Gürcüstanda parlament seçkiləri keçirilir

  • 09:46 - 31 Oktyabr

Bu gün Gürcüstanda növbəti parlament seçkiləri keçirilir.

Avropa.info xəbər verir ki, ölkə üzrə 3657 seçki məntəqəsində 3 526 023 vətəndaş öz seçimini edəcək. Xaricdə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçicilər 48-i siyasi partiya, 2-si isə seçki bloku olmaqla, 50 seçki subyekti arasında seçim etməli olacaqlar. Seçicilər siyasi təşkilatlar və təşəbbüs qruplarının irəli sürdükləri majoritar namizədlərə də səs verməlidirlər.

Parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri izləyir.

Qeyd edək ki, seçkilər yeni sistem üzrə keçirilir. Parlamentin 150 deputatının 120-si proporsional, 30-u isə majoritar qaydada seçiləcək.


Oxunma sayı: 2938

Oxşar yazılar