ATƏT-in Minsk Qrupu altı saatlıq Cenevrə görüşü ilə bağlı bəyanat yaydı

  • 01:55 - 31 Oktyabr

ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin altı saatlıq görüşündən sonra bəyanatla çıxış edib.

Avropa.info ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin altı saatlıq görüşündən sonra qəbul edilən bəyanatı təqdim edir:

• Həmsədrlər tərəfləri dərhal humanitar atəşkəs də daxil olmaqla, götürdükləri öhdəliklərə tam əməl etməyə çağırırlar

•Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya qeyri-hərbi hədəfləri hədəf almayacaqlar

•Tərəflər BQXK-yə lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər.

•Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər.

•Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi üçün mümkün mexanizmlərlə bağlı yazılı şərh və suallar təqdim edəcəklər.

•Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.


Oxunma sayı: 16490

Oxşar yazılar